Logo

Region Gənc Müəllimlərinin 2-ci Şəbəkələşmə Forumu keçirilib

19.04.2022 12:27 946 baxış
IMG

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) tərəfindən region gənc müəllimlərinin şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə Gəncə şəhərində “Region gənc müəllimlərinin şəbəkələşmə forumu” keçirilib.

Tehsil.biz xəbər verir ki, şəbəkələşmə forumunda Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, AMEA-nın gənc alimi Elnur Həsənov, Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, bəzi ümumtəhsil məktəblərinin direktorları həmçinin Gəncə, Goranboy, Göygöl, Samux rayonlarından 70-dən çox müəllim iştirak edib.

Forumda “Netvörkinq bacarığı”, “Effektiv kommunikasiya” və “Sinfin idarəolunması” mövzularında təlimlər təşkil edilib.

Təlimin sonunda forumda iştirak edən müəllimlərə sertifikat verilib.

Xəbər lenti